Finca Bankda sadələşdirilmiş kredit
Bu ilin sentyabr ayından etibarən Finca bank istifadəçilərə sadələşdirilmiş prosedurlarla kredit təklif edir.
Kreditin verilməsi və hazırlanması planşetlər vasitəsilə həyata keçirilir. Bu istifadəçilərə imkan yaradır və kreditin alınmasını sadələşdirir.
Sadələşdirilmiş kreditin limiti 3001 laridən 10 000 lariyə qədərdir. İstifadəçi 6000 lariyədək kredit götürərsə, onun zaminə ehtiyacı yoxdur.
Planşetlə götürülən kreditin faizi bankda mövcud olan faizlə müəyyən olunur və heç bir dəyişikliyə məruz qalmır.
Finca bankda bütün bank əməliyyatlarının həyata keçirilməsi – pul köçürmələri, komunal xidmətlərin ödənilməsi, depozit açılması mümkündür.
Bundan başqa Finca bankın icraçı direktoru Vüsal Verdiyevin bildirdiyinə görə, müştərilər internet bank, mobil bank kimi uzaqdan xidmətlərdən də faydalana bilərlər ki, bu daxidmət göstərilməsinin səmərəliliyini artırır.
Finca bankın aşağı faizli kredit kampaniyası noyabr ayında da fəal şəkildə dava edir və istifadəçilər kreditin yenilənmiş şərtlərindən faydalana bilərlər.
Bank 2018-ci ildə Gürcüstan bazarında 20 illik yubileyini qeyd edəcək, bununla əlaqədar olaraq istifadəçilərə gələn il üçün çoxlu sayda yeniliklər vəd edirlər.
REKLAM
marneulifm1106 Posts
0 Comments